Tayvan tarixinin ən uzunmüddətli hərbi təliminə başladı

Tayvan tarixinin ən uzunmüddətli hərbi təliminə başladı
09 İyl 2025 13:36

Tayvan illik "Hanguang" hərbi təlimlərinə başlayıb.

News365.az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.

Məlumata görə,  təlimlər iyulun 18-dək davam edəcək və Tayvanın tarixində ən uzunmüddətli təlim olacaq.

1984-cü ildən bəri belə təlimlər adətən beş gün dörd gecə davam edib.

Qeyd olunub ki, təlimlərin məqsədi Çinin mümkün işğalı qarşısında Tayvanın döyüş hazırlığını yoxlamaqdır.


Sizin reklam burada
Sizin reklam burada