“Tarixən Qırğız xalqı ilə çox yaxşı münasibətlərimiz olub“- Kamran Bayramov

“Tarixən Qırğız xalqı ilə çox yaxşı münasibətlərimiz olub“-  Kamran Bayramov
24 Apr 2024 15:24

"Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfərinə gəlməsi, həqiqətəndə iki dövlət arasında olan münasibətlərin hansı səviyyədə olduğunun göstərir"

Milli Məclisin deputatı Kamran Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Dövlət səfəri həyata keçirilirsə bu o deməkdir ki, dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğunun göstəricisidir. Bizim tarixən Qırğız xalqı ilə çox yaxşı münasibətlərimiz və tarixi keçmişimiz var. Azərbaycan prezidenti Cənab İlham Əliyev xarici siyasət istiqamətlərinə uyğun olaraq, istənilən dövlətlə Azərbaycan əməkdaşlıq həyata keçirmək, birgə layihələr keçirmək imkanları yaradılmışdır. Bu istiqamətdə Azərbaycan dünyanın istənilən  dövləti üçün açıq idi. Amma Avropa bir tərəfdən, qonşuluqda olan dövlətlər eyni zamanda, xəzərin o tayında olan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər