Sənətçi Lorenzo Quinn bir əsərində insan və təbiət arasındakı əlaqələrdən bəhs edib.
News365.az xəbər verir ki, İtalyan sənətçi Lorenzo Quinn fotoda gördüyünüz "Təbiətin gücü" adlı əsərini Taylanddakı sunamidən ilhamlanaraq hazırlayıb.
Heykəl, insan və təbiət arasındakı əlaqələri təmsil edir. Əsərin bir neçə mənası var. Bunlardan biri keçmişdə təhlükəli təbiət hadisələrinə qarşı tanrılara gözəl qadınların qurban verilməsi ənənəsi ilə bağlıdır.
Eyni zamanda, heykəldəki qadın təbiətin gücünü və enerjisini sanki əlinə alıb və onu idarə edir. Sənətçi müasir cəmiyyətdə getdikcə çətinləşən təbiət-insan münasibətlərinə diqqət çəkmək, insanın ana təbiətlə doğru əlaqələr yaratmaq üçün mümkün olan hər şeyi etməli olduğunu göstərir.
Gördüyünüz kimi, bu heykəl çılpaq qadından daha böyük mənalar daşıyır və mesajlar çatdırır. Sadəcə görmək, bir az düşünmək lazımdır...