Bu gün əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlu palataya köçürülüb.
News365.az xəbər verir ki. jirnalist özünü yaxşı hiss edir.
Qeyd edək ki, Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.
Cərrahiyyə əməliyyatı çox uğurlu keçib.
Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.
***
Tanınmış jurnalist Azər Rəşidoğlu əməliyyat olunub.
News365.az xəbər verir ki, səhhətində yaranmış problemlə əlaqədar Milli Onkologiya Mərkəzinə müraciət edən jurnalist bu gün əməliyyat edilib.
Əməliyyat bir neçə dəqiqə əvvəl uğurla başa çatıb.
Azər Rəşidoğlu reanimasiya şöbəsinə yerləşdirilib.