Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib.
Rəhimli Səftər Mikayıl oğlu Akademiyanın prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Əlavə edək ki, Səftər Rəhimli BDU hüquq fakültəsinin müəllimidir, hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının dosenti kimi fəaliyyət göstərir, hüquq üzrə (beynəlxalq hüquq) fəlsəfə doktorudur.