Suriyada avtobus partladılıb - ölənlər var

Suriyada avtobus partladılıb - ölənlər var
16 Okt 2025 13:31

Suriyada avtobusun partladılması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

News365.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-İxbariyə" dövlət telekanalı məlumat yayıb.

Bildirilib ki, avtobus Suriyanın Deyr əz-Zor vilayətində neft obyektlərindən birinin mühafizəçilərini daşıyırdı.

Sərnişinlərin və ölənlərin dəqiq sayı məlum deyil. Hücuma görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.


Sizin reklam burada
Sizin reklam burada