Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejimində

Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejimində
09:38

İyulun 14-dən etibarən Suriya və Türkiyə arasındakı bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir.     

News365.az "Al Watan" qəzetinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat verib.   

 İdarə həmçinin qeyd edib ki, qərar "suriyalıların vətənə qayıtmasını asanlaşdırmaq və ən çox yüklənmə saatlarında sərhəd-keçid məntəqələrinin yükünü azaltmaq məqsədilə" qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada