news365.az xəbər verir ki, Sumqayıt dəmir yolu vağzalının inzibati binasının damında quraşdırılan kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb. 10 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub. Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, ötən gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılan havalandırma sistemində qısa qapanma nəticəsində yanğın baş verib. Əraziyə təcili cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın saat 22:18-də söndürülüb.