Cəlilabadda mikroavtobusla motosiklet toqquşub

Cəlilabadda mikroavtobusla motosiklet toqquşub
23 İyn 2025 19:15

Cəlilabadda yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

F. İbrahimovun idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobil Ramin Vəliyevin idarə etdiyi motosikletlə toqquşub.  Qəza nəticəsində motosiklet sürücüsü R.Vəliyev xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada