İsrail ordusu: İsrail iyunun 13-dən bəri Tehranda ən böyük silsilə hücumu həyata keçirib

İsrail ordusu: İsrail iyunun 13-dən bəri Tehranda ən böyük silsilə hücumu həyata keçirib
23 İyn 2025 23:30

“İsrail iyunun 13-də münaqişə başlayandan bəri Tehrandakı hərbi hədəflərə ən böyük hücum dalğasını bir neçə saat əvvəl dayandırıb.”

News365.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Efi Defrin deyib.

“İsrail ordusu indiyədək Tehranda həyata keçirdiyi ən böyük hücum dalğasını başa vurub. Bu hücum dalğası zamanı ordumuz diqqətini İran rejiminin daxili təhlükəsizlik aparatının qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusuna zərbələr endirməyə yönəldib”, - o deyib.


Sizin reklam burada
Sizin reklam burada