İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəşarat əl-Fəth” hərbi əməliyyatının başa çatdığını elan edib.
News365.az xəbər verir ki, bununla bağlı SEPAH rəsmi bəyanat yayıb.
Bildirilir ki, Qətərdəki Əl-Üdeyd aviabazasına güclü və dağıdıcı raket zərbəsi endirilib:
"Biz İranının düşmənlərinə xəbərdarlıq edirik - döyüş bitdi".
Bildirək ki, rəsmi Qətər Hava Hücumundan Müdafiə Sistemləri Əl-Üdeyd aviabazasına raket hücumlarını uğurla dəf edildiyini və bu hücumun cavabsız qalmayacağı barədə açıqlama vermişdi.