"Kamaz" çobanı və qoyun sürüsünü vurdu

"Kamaz" çobanı və qoyun sürüsünü vurdu
22 İyn 2025 20:59

İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub.


News365.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.


İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.


Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada