İran hesab edir ki, İsrail və onun müttəfiqləri ilə münaqişə iki il uzana bilər, Tehran hadisələrin belə bir inkişaf ssenarisinə hazırdır.
News365.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.
Onun fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışları İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diqqəti yayındırmaqdan başqa bir şey deyil.
"Mənəvi əhvali-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə zərbə endirmək tələbi görünməmiş bir həddədir", - o bildirib.