Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb
23 İyn 2025 23:38

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.

News365.az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, komandada yer alan hər kəs hazırkı tarixdən etibarən sərbəst hesab edilib.

Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqların aparılacağı və yeni təkliflərin irəli sürüləcəyi bildirilib.

Qeyd edək ki, "Şirvan" Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.


Sizin reklam burada
Sizin reklam burada