KİV: ABŞ-nin Suriyadakı hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirilib

KİV: ABŞ-nin Suriyadakı hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirilib
23 İyn 2025 23:54

ABŞ-nin Suriyanın şimal-şərqindəki Qəsrukdəki iri hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

News365.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.

Suriyanın təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan ABŞ qüvvələrinin əsas hissəsi Qəsrükda cəmlənib.

Bundan əvvəl İranın "Mehr" agentliyi ABŞ-nin bu hərbi obyektinin günün birinci yarısında minaatanlardan atəşə tutulduğunu bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada