Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin Medianın İnkişafı Agentliyinə birləşdirilməsini nəzərdə tutan fərman verib.
Sosial Tədqiqtlar Mərkəzi fevralın 23-nə təyin etdiyi “İraq türkman adının dünəni, bu günü və gələcəyi” adlı tədbiri təxirə salıb. Bu barədə adı çəkilən mərkəzin mətbuat xidməti tədbirə dəvət göndərdiyi media orqanlarına və şəxslərə yazılı məlumat verib.
Qeyd edək ki, STM Prezidentin sözügedən fərmanı elan olunandan bir neçə saat öncə fevralın 20-də günün birinci yarısı haqqında söhbət gedən tədbirə dəvət etmişdi. Bu isə onu deməyə əsas verir ki, ölkə başçısının STM-lə bağlı belə bir fərman imzalaması təşkilatçılar üçün gözlənilməz olub. Əks halda gələn həftənin ilk gününə tədbir planlaşdırılmazdı.
