Ermənistanda bəzi dairələr yenidən gərginliyi artıran açıqlamalar verir.
News365.az xəbər verir ki, Azərbaycan əleyhinə qərəzli və revanşist mövqeyi ilə tanınan erməni politoloq Hrant Melik-Şahnazaryan növbəti dəfə müharibə ritorikası ilə çıxış edib.
O iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti ölkəni qaçılmaz müharibəyə aparır və Ermənistanı geosiyasi qarşıdurmanın mərkəzinə çevirib.
Erməni politoloq öz çıxışında Ermənistan cəmiyyətinin qarşısında seçim qoyulduğunu irəli sürərək, ölkənin ya Rusiya–İran–Çin blokunda, ya da Qərb və region ölkələrinə qarşı mövqe tutmalı olduğunu bildirib. Bu yanaşma açıq şəkildə qarşıdurmanı və gərginliyi təşviq edən tezislər kimi qiymətləndirilir.
Melik-Şahnazaryan həmçinin ölkə daxilində “müharibə tərəfdarlarının” müəyyən edilməsinin vacibliyini vurğulayıb və cəmiyyəti bu istiqamətdə mövqe sərgiləməyə çağırıb.