Son 5 ildə baş verənlər Avropanın hərbi siyasətini yenidən nəzərdən keçirməsinə
səbəb olub. Avropa ölkələri ordularını gücləndirməyə, sürətlə silahlanmağa
başlayıblar.
News365.az xəbər verir ki, Avropaya
silah satan ölkələr içərisində Türkiyə də var. Fransanın Strateji Araşdırmalar
Fondunun açıqlamasına görə, qardaş ölkə silah ixracatının 27 fazini avropaya
edib.
Son beş ildə Türkiyənin Avropaya silah ixracatı 5 dəfə artıb. Bu baxımdan rəsmi
Ankara yanlız Cənubi Koreyadan geri qalır. Onlar bu dövrdə Avropaya slah
satışını 8 dəfə artırıblar.
Xüsusilə Anka, TB2 və TB3 pilotsuz uçuş aparatları, Hürjet təlim təyyarələri və
döyüş gəmiləri ixracın əsasını təşkil edir. Bundan əlavə, zirehli quru
maşınları və dəniz sistemlərinə də Avropada böyük tələbat var.