SEPAH Səudiyyə Ərəbistanındakı ABŞ şirkətlərini hədəf aldı

SEPAH Səudiyyə Ərəbistanındakı ABŞ şirkətlərini hədəf aldı
15:23

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin Səudiyyə Ərəbistanındakı şirkətlərinə raket və kamikadze dronları ilə hücumlar edib.

News365.az xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, “Doğru Vəd 4” əməliyyatının 99-cu mərhələsində SEPAH orta mənzilli raketlər, Kruz raketləri və kamikazde dronlarından istifadə edərək ABŞ-nin Səudiyyə Ərəbistanındakı “Sadara”, “Exxon Mobile” və “Dow Chemical” və “Chevron Phillips” şirkətlərinə hücumlar təşkil edib.

SEPAH bildirir ki, BƏƏ limanında İsrailə məxsus konteyner daşıyan gəmiyə raket hücumu həyata keçirilib.

Qeyd olunur ki, ABŞ-yə məxsus “CVN 72” təyyarədaşıyan gəmi uzaqmənzilli “Kruz” raketləri ilə atəşə tutulub.


Sizin reklam burada
Sizin reklam burada