Soyğunçuluq edən şəxslər saxlanıldılar

Soyğunçuluq edən şəxslər saxlanıldılar
08 Yan 2026 09:55

Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada