Parlamentdə ictimai davranışla bağlı dərsliyin hazırlanması təklif edilib

Parlamentdə ictimai davranışla bağlı dərsliyin hazırlanması təklif edilib
12:32

Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlanmalıdır.

News365.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu dərs təhsil müəssisələrində şagirdlərə tədris edilməlidir:

“Azərbaycan təhsilində keçirilən dərin islahatlar kontektsində gənclərin sosial şəbəkələrdə etikası, sosial şəbəkələrdə hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalı və yuxarı sinif şagirdlərinə tədris edilməlidir. Bu tədrislə onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss etsinlər. Biz onların enerjilərinin həm milli maraqlar istiqamətinə səfərbər olmasına xidmət etmiş olarıq, həm də yüksək maarifləndirmə işləri həyata keçirmiş olarıq”.


Sizin reklam burada
Sizin reklam burada