SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT - Saxlanılan var + FOTO

SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT - Saxlanılan var + FOTO
16:46

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb. 

News365.az-ın məlumatına görə, A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada