Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI

Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI
16:45

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu yaxınlarda işə qəbul etdiyi köməkçisinin fəaliyyətinə xitam verib.

 Novruz Novruzov məsələ ilə əlaqədar müvafiq əmr imzalayıb.

İmzalanmış sənədə uyğun olaraq, Balabəy Balabəyov icra başçısının köməkçisi postundan kənarlaşdırılıb.

Verilən məlumata əsasən, onun işdən azad edilməsi dövlət qulluğunda çalışma yaşının son həddinə çatması ilə bağlıdır. Belə ki, bu günlərdə 65 yaşı tamam olan məmur təqaüdə yola salınıb.

Qeyd edək ki, B.Balabəyov uzun illər Siyəzən RİH-də fəaliyyət göstərib. O, əvvəllər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini (dini qurumlarla iş üzrə təşkilatçı) qismində çalışıb. Ötən ay aparılan struktur islahatları nəticəsində əvvəlki ştatı ixtisar edildiyi üçün icra başçısının köməkçisi təyin olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada