Şirin içkilər diabet riskini ciddi şəkildə artırır – Alimlərdən xəbərdarlıq

Şirin içkilər diabet riskini ciddi şəkildə artırır – Alimlərdən xəbərdarlıq
29 May 2025 17:04

Qazlı, enerji içkiləri və meyvə şirələrinin tərkibindəki şəkər, şəkərli diabetin 2-ci tipinə tutulma ehtimalını qidalarla qəbul edilən şəkərdən daha güclü şəkildə yüksəldir.

News365.az yazır ki, bu nəticəyə ABŞ-ın "Brigham Young" Universitetinin alimləri gəlib. Onlar dünyanın müxtəlif ölkələrindən olan 500 mindən çox insanın qidalanma vərdişlərini təhlil edərək şəkərin mənbəyinin diabet riski üzərində düşündüyümüzdən daha böyük rol oynadığını aşkar ediblər.

Tədqiqatın nəticələrinə görə:

  • Gündə cəmi bir pors (təqribən 350 ml) şəkərli içki qəbul edən şəxslərdə diabet riski 25% artır.

  • Təbii meyvə şirələrinin (100% şirə, nektar və s.) gündəlik bir porsiyası (təqribən 240 ml) isə bu riski 5% yüksəldir.

Alimlər izah edirlər ki, bu, nisbi riskdir, yəni başlanğıcda 10% risk daşıyan bir şəxsin gündəlik qazlı içki istehlakı riski təxminən 20%-ə çatdıra bilər.

Səbəb kimi içkilərdəki ayrılmış şəkərlərin (yəni təbii lif və digər qida komponentlərindən təmizlənmiş şəkər) qaraciyərə və metabolizmə yaratdığı yük göstərilir. Belə şəkərlər bədəndə sürətlə mənimsənilir, qan şəkərinin sürətli artımına, qaraciyərdə piy yığılmasına və insulinə qarşı müqavimətə səbəb olur.

Bunun əksinə olaraq, bütöv meyvələr, tam taxıllarsüd məhsulları kimi qidalarla qəbul edilən təbii şəkərlər orqanizmə lif, zülal və faydalı yağlarla birlikdə daxil olduğu üçün daha təhlükəsizdir – onların mənimsənməsi yavaşdır və qlisemik yük az olur.

Alimlər bu nəticələrin şəkərli içkilərin istehlakı ilə bağlı ictimai maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirdiyini bildirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada