Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb

Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb
16:12

Sidneydə naməlum şəxs idarə etdiyi avtomobili Rusiyanın Avstraliyadakı konsulluğunun darvazasına çırpıb.

News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Polis bildirib ki, şübhəli şəxs həbs edilib və ona əmlakı məhv etmə və soyuq silah saxlama ittihamları irəli sürülüb. Qeyd olunub ki, sürücü hasardan aşaraq əraziyə daxil olub, daha sonra isə avtomobilinə qayıdıb.

Onun hərəkətlərinin motivləri barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada