Şəxsi avtomobillə yük daşıyanlara xəbərdarlıq: CƏRİMƏLƏNƏCƏKSİNİZ

Şəxsi avtomobillə yük daşıyanlara xəbərdarlıq: CƏRİMƏLƏNƏCƏKSİNİZ
11:32

Bəzən iri həcmli əşyaların daşınması zamanı uyğun nəqliyyat vasitəsi tapmadıqda və yaxud əlavə xərc çəkməmək üçün sürücülər şəxsi avtomobillərindən istifadə etməyə üstünlük verirlər. 
Amma düşünmürlər ki, xəsislik etdiyi o pul mütləq ondan çıxacaq. 
 

Çünki daşınan əşyanın avtomobilin salonuna və ya yük yerinə yerləşməməsi səbəbindən qapıların açıq vəziyyətdə saxlanılması yollarda ciddi təhlükə yarada bilər. Bu cür məsuliyyətsiz davranış təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün risk deməkdir. 


Qanunvericilik belə hallara görə qaydaları pozan sürücülər üçün cərimələr nəzərdə tutub. 

Qapıları açıq şəkildə hərəkətə başlama, yaxud hərəkətdə ikən qapını açmaya görə 40 manat müəyyənləşdirilib. 

Qanun İnzibati Xətalar Məcəlləsinin  (İXM) 342.1.1-ci maddəsinə əsasən təyin olunur.


Sizin reklam burada
Sizin reklam burada