ŞƏT ölkələri İnkişaf Bankının yaradılması barədə razılığa gəlib

ŞƏT ölkələri İnkişaf Bankının yaradılması barədə razılığa gəlib
11:55

Çinin Tiencin şəhərində keçirilən sammitdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər.

News365.az xəbər verir ki, qəbul edilən Tiencin bəyannaməsində üzv ölkələr İnkişaf Bankının təsis olunmasının vacibliyini təsdiqləyərək, bu maliyyə institutunun fəaliyyət mexanizmlərinə dair məsləhətləşmələrin aktivləşdirilməsinə qərar veriblər.

Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilir. Sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb.


Sizin reklam burada
Sizin reklam burada