Sərxoş sürücü ağır qəza törətdi

Sərxoş sürücü ağır qəza törətdi
11 Yan 2026 23:28

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

News365.az xəbər verir ki, hadisə şəhərin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb. "Toyota" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb.

 

Qəzaya səbəb kimi sürücünün sərxoş olması ehtimal edilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada