O şəklini şəbədə edib paylaşdığınız alimlərin içərisində eləsi var ki…

O şəklini şəbədə edib paylaşdığınız alimlərin içərisində eləsi var ki…
25 Fev 2026 23:06

O şəklini şəbədə edib paylaşdığınız alimlərin içərisində eləsi var ki, ürəyini elm yolunda məşəl edib yandırıb.

News365.az xəbər verir ki, bu sözləri jurnalist Aidə Eyvazlı öz sosial şəbəkə hesabında paylaşıb. 

Paylaşımda qeyd edilib ki, o alimlərə, professorlara ata kimi, bir aiıənin başçısı kimi dəyər verməliydiniz. Öz böyüyünün üzünə belə ağ olmazlar...

Bəli, bu gün elmə verilən dəyəri məktəb skamyalarından AMEA ya qədər 0-a endirdilər. Bir qruma Ramiz Mehdiyev kimi xalq düşməni rəhbərlik edəndə elmimiz bu günə düşdü.

Bizim gənc və 50 yaşına qədər alimləri kabinetlərdə yatırdırıq. Onları elmi ezamiyyətlərə, Avropada olan kitabxanalarda tarixi sənədlərimizi axtarmağa göndərmirik...əsil daş yuxusu cavanların kabinetlərə əlacsız oturmalarıdır.


Sizin reklam burada
Sizin reklam burada