İspaniya sosial şəbəkələrlə bağlı araşdırma başladır

İspaniya  sosial şəbəkələrlə bağlı araşdırma başladır
25 Fev 2026 21:50

İspaniya hökuməti X, Meta və TikTok platformaları ilə bağlı prokurorluğa araşdırma başlamağı tapşırıb.

News365.az xəbər verir ki, sözügedən platformalarda süni intellekt vasitəsilə yaradılmış uşaq istismarı məzmununun yayılması halları araşdırılacaq.

Baş nazir Pedro Sanchez sosial media şirkətlərini qeyri-qanuni kontentin yayılmasına şərait yaratmaqda ittiham edərək bildirib ki, “nəhənglərin cəzasızlığına son qoyulmalıdır”.

Məlumata görə, ölkə hökuməti 16 yaşdan kiçiklər üçün sosial mediadan istifadəni qadağan etməyə də hazırlaşır.


Sizin reklam burada
Sizin reklam burada