Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb

Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
17:54

Özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edən şəxs daxil olan şikayətlər əsasında Lənkəran şəhəri ərazisində saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar əsasında müəyyən olunub ki, 34 yaşlı Şəhriyar Həsənzadə

müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada