Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
19:35

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə  səhmdar cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.


Sizin reklam burada
Sizin reklam burada