İnsanda Allahdan bir parça var - FƏRHAD MEHDİYEV YAZIR

İnsanda Allahdan bir parça var - FƏRHAD MEHDİYEV YAZIR
25 Fev 2026 23:40

İnsanda Allahdan bir parça var - insanda olan, İlahi tərəfindən üflənən ruh.

news365.az xəbər verir ki, bu sözləri hüquqşunas Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.

 Ruh, insana Yaradan tərəfindən verilən bir əmanətdir. Onu kirlətmədən, və ən əsası - Yaradıcısı ilə əlaqəsini qoparmadan bədəndə daşımalı, bir gün də Yaradana təslim etməli. 

Yaxşı insanların ruhları ömür boyu etdikləri yaxşılıqlar ilə həmin enerji ilə yüklənib Yaradana geri dönər.

Xəbis insanlar isə başqalarına haqsızlıq etməklə, bəddua toplamaqla, haqqa girməklə ruhlarını çirkabla yükləyib Yaradana təslim edər. 

Halbuki bizdən Onun gözləntisi -  ruhumuzu təmizləməklə Ona geri qaytarmağımızdır. 

Yazdıqlarım metafizikdir olsa da, insan mənəviyyatının mahiyyətini yaxşı izah edir.

Ruhlarını kirlətmədən yaşamağa çalışanlara salam olsun.


Sizin reklam burada
Sizin reklam burada