Azərbaycan millisi yoxlama matçında Moldovaya qalib gəldi

Azərbaycan millisi yoxlama matçında Moldovaya qalib gəldi
20:30

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada baş tutan ilk yoldaşlıq görüşünü qələbə ilə tamamlayıb.

News365.az-ın məlumatına görə, 19 yaşadək futbolçularımız təlim-məşq toplanışı zamanı Moldovanın eyni yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Vadul-lui-Voda şəhərində Texniki Mərkəzdə təşkil olunan matç millimizin 2:1 hesablı zəfəri ilə yekunlaşıb.

Yığmamızın heyətində qolları oyunun 61-ci dəqiqəsində Nicat Nərimanov, 82-ci dəqiqəsində isə İbrahim Babayev vurublar.

Xatırladaq ki, tərəflər arasındakı növbəti yoldaşlıq qarşılaşmasının fevralın 27-də keçirilməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada