Sərnişin təyyarəsi hava limanında alovlandı - XƏSARƏT ALANLAR VAR

Sərnişin təyyarəsi hava limanında alovlandı - XƏSARƏT ALANLAR VAR
13:49

Sərnişin təyyarəsində yanğın baş verib.

Hadisə ABŞ-ın Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında qeydə alınıb.
 

Belə ki, "American Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsinin göyərtəsində yanğın olub.


Problem uçuş zamanı meydana gəlib. Mayami istiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsi alışıb.

Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub. Bütün sərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.

Nəticədə 5 nəfər yüngül xəsarət alıb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada