Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.
News365.az xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.
Faktla bağlı araşdırma başlanılıb.