"Ermənistanda Paşinyana qarşı olan qüvvələrin hələ də erməni ideologiyası ətrafında sıx birləşməsi Paşinyanın da hardasa müəyyən maraqlarına cavab verir."
Politoloq Aqşin Kərimov bunu News365.az-a deyib.
"Nəticədə Paşinyan müxalif qüvvələri bir vahid süılh gündəm ətrafında birləşdirə bilmir və yaxud da bunu bacarmır. İstənilən halda sərhəddəki hərbi təxribatın məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan baş nazirinin kamandasının digər tərəfdən məsuliyyəti öz üzərindən atmağa çalışdığı da nəzərdən yayınmır. Məsələnin bu yerdə olduğu bir məqamda erməni mediası yenidən ortaq mexanizmin yaradılmasl səylərinin vacibliyinə diqqət çəkir. Görünür İrəvan təxribat hallarını araşdırmağa ehdiyac duyur. Bu da onu göstərir ki, Ermənistan Azərbaycanla mübasibətləri normallaşdırmaq niyyətində deyil."- deyə vurğulayıb.
News365.az