Qarabağda mövcud olmuş keçmiş separatçı rejimin qondarma ordusunun mətbuat katibi işləmiş Senyor Asatryan diqqət çəkən açıqlamalar verib. "Mamul" nəşri yazıb ki, o, fərsizlik və anormal idarəçilikdən gileylənib: “Dövlətlər müharibələrdə təkcə öz ordusunun müasir silahları və şəxsi heyətinin yüksək döyüş hazırlığı ilə deyil, ilk növbədə qüvvə və vasitələrin ağıllı, məqsədyönlü idarə etməklə qalib gəlirlər... Üstəlik, bu cür idarəçilik vahid diktaturanı nəzərdə tutur. Nəticədə vətənin müdafiəsi mülkiyyətindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müqəddəs borcuna çevrilir...
Belə koordinasiyalı idarəetmə sayəsində 90-cı illərin müharibəsində düşmənə qalib gələ bildik... Sonra isə öz yolumuzu azdıq. Mən gördüklərimdən və yaşadıqlarımdan sizə şahidlik edirəm. İnanın ki, yaxşı idarəçilik həqiqətən də ən güclü silahdır...”.
Tural