SEPAH-ın daha bir komandiri öldürüldü

SEPAH-ın daha bir komandiri öldürüldü
12:04

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun komandiri Səid İzadi İsrailin İranın Qum şəhərində yerləşən mənzilinə etdiyi hava zərbəsi nəticəsində həlak olub.   

News365.az xəbər verir ki, bu xəbər sosial şəbəkələrdə yayılan telegram kanallarında təsdiqlənib. 

İzadi oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl bu qruplaşmanı maliyyələşdirmək və silahlandırmaqda əsas məsul şəxs olub. O, həmçinin HƏMAS-ın hücumunu İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük uğur kimi qiymətləndirib. 

MOUZE adlı telegram kanalı İzadinin öldürüldüyü iddia olunan evin görüntülərini yayıb və bildirir ki, İran generalı yatdığı yerdə həlak olub.


Sizin reklam burada
Sizin reklam burada