Sentyabrın ilk günü dəhşət isti olacaq

Sentyabrın ilk günü dəhşət isti olacaq
31 Avq 2025 13:00

Sentyabrın 1-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 30-35 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.



Sizin reklam burada
Sizin reklam burada