Şəmkirdə yardımçı tikili yanıb

Şəmkirdə yardımçı tikili yanıb
26 İyl 2025 19:00

Şəmkirdə yanğın hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxus yardımçı tikilidə anində yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqda olan evlərə keçməsininn qarşısı alınıb.

Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada