Füzuli və Xocavənddə yanğın törədən şəxslər saxlanıldı

Füzuli və Xocavənddə yanğın törədən şəxslər saxlanıldı
12:26

Sentyabrın 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub.


Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.


Sizin reklam burada
Sizin reklam burada