Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib

Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib
16 May 2025 10:59

Şəmkir rayonunda ət dükanlarının fəaliyyəti bərpa edilib.

News365.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nəzarətə götürdüyü məsələ öz həllini tapıb.

Bu gün səhər saatlarından başlayaraq rayonda ət dükanlarının fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, Şəmkirdə ət kəsim mərkəzlərində qiymətlərin artırılması səbəbindən qəssablar son bir neçə gündə öz fəaliyyətlərini dayandırmışdılar.



Sizin reklam burada
Sizin reklam burada