Şəmkirdə dönər zəhərlənməsi: 6 nəfər xəstəxanaya düşdü - YENİLƏNDİ

Şəmkirdə dönər zəhərlənməsi: 6 nəfər xəstəxanaya düşdü - YENİLƏNDİ
12:37

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

News365.az xəbər verir ki, zəhərlənmə halları şəhər ərazisində yerləşən dönərxanalarda qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, onun 2014 və 2015-ci il təvəllüdlü övladları dönər yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 9-da isə Dəllər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ruslan Eyniyev eyni diaqnozla xəstəxanaya gətirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


***

Şəmkir şəhərində 6 nəfər dönərdən zəhərlənib.

News365.az-ın məlumatına görə, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Sizin reklam burada
Sizin reklam burada