Xankəndidə Zəfər Tağı abidəsi - UCALDILACAQ

Xankəndidə Zəfər Tağı abidəsi - UCALDILACAQ
09 Mar 2025 14:00

Xankəndi şəhərində yaradılan Zəfər muzeyi bu ilin iyul ayına qədər hazır olacaq.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov danışıb.

Onun sözlərinə görə, Xankəndidə hazırda bərpa-quruculuq işləri aparılır.

"Zəfər muzeyi car ilin iyul ayına hazır olacaq. Bunun arxasında banerlə əhatəyə alınmış 12,6 hektarlıq böyük ərazi Zəfər parkı olacaq. Burada Azərbaycanın ən böyük Zəfər Tağı abidəsi ucaldılacaq", - Elçin Yusubov bildirib.


Sizin reklam burada
Sizin reklam burada