Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE
10:50

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

News365.az xəbər verir ki, o 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib.
 

Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.


Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik təcrübəyə malikdir.

O, Azərbaycanda informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.


Sizin reklam burada
Sizin reklam burada