Səhiyyə mütəxəssisi: Yeməklərin temperaturu sağlamlıq üçün önəmlidir

Səhiyyə mütəxəssisi: Yeməklərin temperaturu sağlamlıq üçün önəmlidir
15:20

Səhiyyə mütəxəssisi: Yeməklərin temperaturu sağlamlıq üçün önəmlidir

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qastroenteroloq mütəxəssisi Emin Məmmədov canlı yayımda qida temperaturunun sağlamlıq üzərində təsirindən danışıb.

O bildirib ki, nə çox soyuq, nə də çox isti qidalar qəbul etmək orqanizm üçün tövsiyə edilmir:

“Bədənimizə uyğun olmayan temperaturda qida qəbul etmək sağlamlıq problemlərinə səbəb ola bilər. Ən ideal temperatur insan bədəninə yaxın olan yemək və içkilərdir. Xüsusilə çox isti yemək və qaynar çay qırtlaq xərçəngi riskini artırır”, – deyə E.Məmmədov vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada