Şəhidin adından istifadə edib pul yığırdı - Tutuldu

Şəhidin adından istifadə edib pul yığırdı - Tutuldu
28 Fev 2025 10:50

Pirallahıda bir nəfər şəhidin adından istifadə edərək pul yığıb. 

News365.az xəbər verir ki, bununla bağlı polisə fevralın 27-də məlumat daxil olub.

Pirallahı RPİ-nin keçirdiyi tədbirlərlə şəhidin adına videogörüntü paylaşılaraq pul toplanıldığı müəyyən edilib.

Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı paytaxt sakini Nəbi Cəfərov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada