Türkiyənin məşhur müğənnisi Seda Sayanın sərvəti məlum olub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, müğənninin İstanbul, Bodrum, London və Mayamidə bir çox yerlərdə mülk sahibi olduğu bəlli olub.
Belə ki, sənətçi aylıq 500 min TL (22 min manat) kirayə gəliri əldə edir.
Onun İstanbulun elit bölgələri Zincirlikuyu və Etilerdə lüks mənzilləri var. Üstəlik, o, mərkəzi yerlərlə kifayətlənməyib, həm də ailəsini və qohumlarını müxtəlif rayonlarda ev sahibi edib. S. Sayanın İstanbul sərhədləri daxilində 30 mənzili və mağazası, həmçinin Bodrumda üç villasının olduğu bildirilir.