Faciəvi ölən idmançının forması 7 milyon dollara satıldı

Faciəvi ölən idmançının forması 7 milyon dollara satıldı
12:00

“Los Anceles Leykers”in əfsanəsi Kobe Brayantın forması hərraca çıxarılıb.

Helikopter qəzasında həlak olan ulduz idmançının forması 7 milyon dollara satılıb. 

Bu məbləğin Brayant kolleksiyası üçün rekord olduğu və onun MVP seçildiyi 2007-08 mövsümündə imzaladığı forması üçün ödənilən 5,85 milyon dolları ötdüyü qeyd edilir.

Xatırladaq ki, əfsanəvi basketbolçu 5 qat MBA çempionudur. O, həmçinin ABŞ komandasının tərkibində iki dəfə Olimpiadada qələbə qazanıb. Kobe 1996-2016-cı illərdə “Los Anceles Leykers”də çıxış edib. 26 yanvar 2020-ci ildə helikopter qəzasında dünyasını dəyişib.


Sizin reklam burada
Sizin reklam burada